17:05 - 15.10.2026
15 Oktyabr, Fineko/abc.az. "Microsoft" şirkətinin prezidenti Bred Smit Tramp administrasiyasının ixtisaslı əcnəbi mütəxəssislər üçün qrin-kart (Green Card) əldə olunmasına tətbiq etdiyi məhdudiyyətlərin ABŞ-ın texnoloji rəqabət qabiliyyətinə ciddi zərər vuracağı barədə xəbərdarlıq edib. Bu barədə "Politico" nəşri məlumat yayıb.
Bred Smit bildirib ki, yüksək ixtisaslı kadrların daimi yaşayış və iş icazəsi almasının çətinləşdirilməsi texnologiya nəhənglərinin istedadlı mütəxəssisləri ölkədə saxlamasını çətinləşdirir.
"Microsoft" rəhbərinin sözlərinə görə, bu cür sərt məhdudiyyətlər yüksək texnologiyalar sahəsindəki istedadların ABŞ-ı tərk edərək digər ölkələrə üz tutmasına və nəticədə ABŞ-ın qlobal texnoloji liderliyini zəiflətməsinə gətirib çıxara bilər.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
14 Oktyabr 2026