İşğaldan azad edilmiş ərazilərində 9 ayda 1 100 transformator təmir edilib

15:46 - 15.10.2026


15 oktyabr, Fineko/abc.az  Bu ilin yanvar-sentyabr aylarında "Azərişıq" ASC Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 100 transformator təmir edib.

Bu barədə "Azərişıq" ASC-nin Texniki Departament direktoru Vüsal Qənbərov bu gün işğaldan azad edilmiş ərazilərdə və ümumilikdə ölkədə ötən 9 ay ərzində görülən bərpa və yenidənqurma işlərinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda səhmdar cəmiyyət azad olunmuş ərazilərdə işləri davam etdirir: "Belə ki, işğal dövründə həmin ərazilərdə şəhərlər, kəndlər dağıdılıb. Azad edilmiş ərazilərdə yeni yarımstansiyaların inşası ilə bağlı işlər görülür".