11:58 - 14.10.2026
14 oktyabr, Fineko/abc.az. Azərbaycanda elektrik şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, müddəti isə 41 gündən 20 günə endirilir.
Bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, bu, “bir pəncərə” prinsipinin tətbiqi və elektron xidmətlərin genişləndirilməsi nəticəsində mümkün olur.
P.Şahbazov qeyd edib ki, prosedurların sadələşdirilməsi, xidmətlərin şəffaflığının artırılması və enerji təchizatının etibarlılığına dair məlumatların açıqlanması biznesin inzibati yükünü azaldır.
O bildirib ki, enerji səmərəliliyinin artırılması da milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır.
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun enerjiyə qənaət edən texnologiyaların tətbiqini, bu sahəyə sərmayə qoyuluşunu və yeni xidmət bazarlarının inkişafını təşviq edir.
Nazir əlavə edib ki, bu tədbirlər istehsal xərclərini azaltmaqla yanaşı, enerji auditi və enerji idarəçiliyi kimi sahələrdə sahibkarlıq üçün yeni imkanlar yaradır.
P.Şahbazov vurğulayıb ki, energetika sektorunun dayanıqlı və rəqabətqabiliyyətli inkişafı bundan sonra da əsas prioritetlərdən biri olacaq.
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
14 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026