09:20 - 9.10.2026
9 oktyabr, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri ötəngünkü artımdan sonra cümə günü keçirilən hərraclar zamanı aşağı düşür.
Saat 09:15-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin dekabr fyuçersi 1,27 dollar (1,22%) ucuzlaşaraq bir barel üçün 103,01 dollar təşkil edib. Oktyabrın 8-də keçirilən hərracların yekununda isə onun qiyməti 4,08 dollar (4,07%) sıçrayaraq bir barel üçün 104,28 dollara çatmışdı.
"NYMEX" birjasında "WTI" neftinin noyabr fyuçersi saat 09:15-ə qədər 1,10 dollar (1,20%) ucuzlaşaraq bir barel üçün 90,39 dollara düşüb. Oktyabrın 8-də keçirilən hərracların yekununda onun qiyməti 3,21 dollar (3,64%) artaraq bir barel üçün 91,49 dollar təşkil etmişdi.
9 Oktyabr 2026
9 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026