Sumqayıt Sənaye Parkında yeni layihə: İstehsalat binaları tikiləcək

15:09 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyi PHŞ Sumqayıt Sənaye Parkının ərazisində yeni istehsalat təyinatlı binaların tikintisi ilə bağlı mühüm addım atıb.

Agentlik binaların inşası üçün tələb olunan layihə-smeta sənədlərinin hazırlanması xidməti üzrə satınalma müsabiqəsi elan edib.

Keçirilən satınalmanın ehtimal olunan qiyməti 170 min manat təşkil edir.

Layihə çərçivəsində sənaye parkının infrastrukturunun genişləndirilməsi və yeni istehsalat sahələrinin qurulması üçün müvafiq layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulur.