Dövlət Vergi Xidməti təhlükəsizlik sisteminə 1.8 milyon manat xərcləyəcək

11:32 - 8.10.2026


8 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti 1,76 milyon manatlıq WAF avadanlığı alır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti veb tətbiqlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə WAF avadanlıqlarının, o cümlədən lisenziyaların və əlaqədar xidmətlərin satın alınması üzrə müqavilə bağlayıb.

Satınalma üzrə qalib “Caspel” MMC olub.

Müqavilənin ümumi məbləği 1 759 236,04 manat təşkil edib.

WAF (Web Application Firewall) veb tətbiqləri müxtəlif kiberhücum və təhlükələrdən qorumaq üçün istifadə olunan təhlükəsizlik sistemidir.