“Capital Partners İnvestisiya Şirkəti”ndə geriləmə - Dövriyyə 60%-dən çox kiçildi

10:32 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar–sentyabr aylarında “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Bakı Fond Birjasındakı əməliyyat həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 63,7% azalaraq 398,14 milyon manata düşüb, əməliyyatların sayı isə 67,6% azalaraq 437 olub.

Əsasən repo əməliyyatlarının 75,7% (241,71 mln. manata) geriləməsi və dövlət istiqrazları üzrə heç bir əməliyyatın aparılmaması səbəbindən şirkətin ümumi dövriyyəsi 698,33 milyon manat kiçilib və o, birja renkinqində 9-cu pilləyə enib.

Bununla belə, Mərkəzi Bankın qiymətli kağızları üzrə dövriyyə 143% artaraq 113,37 milyon manata, korporativ istiqrazlar üzrə isə 145% artaraq 43,04 milyon manata yüksəlib, səhmlər üzrə isə 26,51 min manatlıq əməliyyat qeydə alınıb. Səhmlərinin 100%-i “Rabitəbank” ASC-yə məxsus olan şirkət 2022-ci ildən investisiya lisenziyası ilə fəaliyyət göstərir.