Neft bahalaşır: Brent bir barelə 101,51 dollar təşkil edir

09:17 - 7.10.2026


7 oktyabr, Fineko/abc.az. Çərşənbə günü keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri yüksəlir.

Saat 09:15-ə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin dekabr fyuçersinin qiyməti 0,93 dollar (0,92%) artaraq bir bareli üçün 101,51 dollar təşkil edib. Oktyabrın 6-da baş tutan ticarətin yekunlarına əsasən, bu müqavilənin dəyəri 0,26 dollar (0,26%) bahalaşaraq bir bareli üçün 100,58 dollar olub.

NYMEX birjasında WTI neftinin noyabr fyuçersinin qiyməti saat 09:15-ə qədər 0,70 dollar (0,78%) artaraq bir bareli üçün 90,14 dollara yüksəlib. Oktyabrın 6-da keçirilən ticarət əməliyyatlarının yekununda noyabr ayı üçün WTI neft fyuçersinin qiyməti 0,01 dollar (0,01%) artaraq bir bareli üçün 89,44 dollar təşkil edib.