09:40 - 6.10.2026
6 oktyabr, Fineko/abc.az. Ötən gün baş verən ucuzlaşmadan sonra çərşənbə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiyməti artır.
Saat 09:37-yə olan məlumata görə, ICE Futures birjasında Brent neftinin dekabr fyuçersinin qiyməti 0,59 dollar (0,59%) artaraq bir barel üçün 100,91 dollar təşkil edib. Oktyabrın 5-də keçirilən ticarətin yekununda bu müqavilənin qiyməti 1,93 dollar (1,89%) azalaraq bir barel üçün 100,32 dollar olub.
NYMEX birjasında WTI neftinin noyabr fyuçersinin dəyəri saat 09:37-yə qədər 0,28 dollar (0,31%) artaraq bir barel üçün 89,71 dollara yüksəlib. Oktyabrın 5-də keçirilən ticarətin yekununda WTI neftinin noyabr fyuçersinin qiyməti 1,68 dollar (1,84%) düşərək bir barel üçün 89,43 dollar təşkil edib.
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
5 Oktyabr 2026