11:57 - 2.10.2026
2 Oktyabr, Fineko/abc.az. “Financial Times” qəzetinin verdiyi məlumata görə, ABŞ-ın texnologiya giqantı “Amazon” şirkəti təxminən 8 milyard dollar dəyərində olan “Nvidia” süni intellekt çiplərini investorlara satmaq və ya üçüncü tərəflərə ötürmək imkanlarını araşdırır.
Bu addım “Amazon”un süni intellekt infrastrukturuna qoyulan nəhəng kapital xərclərini optimallaşdırmaq və avadanlıq balansı üzərindəki maliyyə yükünü azaltmaq strategiyasının bir hissəsidir.
Şirkət böyük həcmdə yarırmkeçirici ehtiyatlarını birbaşa öz balansında saxlamaq əvəzinə, maliyyə investorları və lizinq tərəfdaşları ilə əməkdaşlıq edərək kapital dövriyyəsini sürətləndirməyi hədəfləyir.
Ekspertlər qeyd edirlər ki, bu qərar iri texnologiya şirkətlərinin süni intellekt yarışı fonunda kapital idarəetməsinə daha ehtiyatlı yanaşmağa başladığını göstərir.
2 Oktyabr 2026
2 Oktyabr 2026
2 Oktyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026