16:56 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Bakı–Tbilisi–Bakı marşrutu üzrə onlayn bilet alışı zamanı sui-istifadələrin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün ADY-nin saytı və tətbiqində yeniliklər edilib.
Azərbaycan vətəndaşları bilet almaq üçün şəxsi kabinetlərini FİN kod vasitəsilə MyGov ID üzərindən verifikasiya etməlidirlər.
Xarici vətəndaşlar isə ölkə adını və telefon nömrələrini daxil edərək SMS (OTP) kodu ilə təsdiqləmə keçməlidirlər.
Bu yeniliklər ADY-nin uzunmüddətli texniki hazırlıqlardan sonra istifadəyə verdiyi əlavə reyslər fonunda xidmət keyfiyyətini və rahatlığı artırmaq məqsədi daşıyır.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026