16:46 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Milli Məclisin şöbə müdiri Hacı Mirhəşim Seyidin bildirdiyinə görə, yeni hazırlanan Dövlət Qulluğu Məcəlləsi layihəsində dövlət qulluğunda fəaliyyəti davam etdirmək üçün növbəti sertifikat imtahanı vermək tələbi nəzərdə tutulmayıb.
Sertifikat yalnız işə qəbul zamanı tələb olunacaq, fəaliyyətin davam etdirilməsi isə yeni qiymətləndirmə qaydaları ilə tənzimlənəcək.
Mövcud qanunvericilikdə isə dövlət qulluqçuları müəyyən müddətdən bir təkrar imtahan verməli idilər. Sentyabrın 30-da Milli Məclisdə birinci oxunuşda qəbul edilən 15 fəsil və 94 maddədən ibarət yeni Məcəllə qüvvəyə mindikdən sonra “Dövlət qulluğu haqqında” qanun da daxil olmaqla 6 fərqli qanun ləğv olunacaq.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026