Bakıda Çexiya texnologiyası ilə yeni minipivə zavodu açılıb

16:16 - 1.10.2026


1 oktyabr, Fineko/abc.az. Bakıda Çexiyanın “M.B.S. Mini Brewery System” şirkətinin texnologiyası və avadanlıqları ilə təchiz olunmuş kiçik pivə müəssisəsi fəaliyyətə başlayıb. İllik planlaşdırılan istehsal gücü 200 min litr olan restoranda Çexiya xammalından hazırlanan Almaniya ("Hallertauer" mayaotulu) və Çexiya üslublu lager pivələri təqdim edilib.

Çexiya səfirliyi nümayəndələrinin də qatıldığı açılışda layihənin investisiya həcmi açıqlanmayıb. Çexiya şirkətinin növbəti layihəsi isə Göygöldə “Helenendorf” üçün nəzərdə tutulub; avadanlıq təchizatının 2026-cı ilin sonunadək bitməsi, müəssisənin isə 2027-ci ilin əvvəlində istifadəyə verilməsi gözlənilir.