10:36 - 1.10.2026
1 oktyabr, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) süni intellekt şirkəti “Shaffra” Azərbaycanda regional qərargahını açaraq Xəzər regionu bazarına daxil olub.
Körfəz Əməkdaşlıq Şurası ölkələrindən kənarda ilk genişlənməsini həyata keçirən şirkət Azərbaycan ofisindən regionun digər bazarlarına çıxış platforması kimi istifadə edəcək.
Şirkət yeni bazarda müəssisə və dövlət qurumları üçün müştəri xidməti, satış və layihələrin idarə olunmasını avtomatlaşdıran süni intellekt əsaslı proqramlar təqdim edir.
BƏƏ və Səudiyyə Ərəbistanındakı uğurlu fəaliyyətindən sonra Azərbaycanı əlverişli başlanğıc bazarı kimi seçən “Shaffra”, daxili sistemlərlə inteqrasiya olunan proqramlarını həm yerli infrastrukturda, həm də bulud mühitində yerləşdirmək imkanı yaradır.
2023-cü ildə təsis edilən və aralarında “stc” ilə “Omantel”in də olduğu investorlardan 10 milyon dollardan çox investisiya cəlb edən şirkət, regional mərkəz vasitəsilə fəaliyyətini daha da genişləndirməyi hədəfləyir.
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
30 Sentyabr 2026
29 Sentyabr 2026