Maliyyə Nazirliyi banklara 87 milyon manat depozit yerləşdirib

12:27 - 30.09.2026


30 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlirin əldə edilməsi məqsədilə cari ilin sentyabr ayı ərzində 5 depozit hərracı keçirilib.

Nazirlikdən verilən məlumata görə, hərraclarda ümumilikdə xəzinə hesabının 87 milyon manat məbləğində qalığı 28 və 84 gün müddətlərinə orta çəkili 6,5% faiz dərəcəsi ilə kommersiya banklarında müddətli depozitlərə yerləşdirilib.

Qeyd edək ki, mexanizm “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” ilə tənzimlənir. Vəsaitlərin kommersiya banklarında yerləşdirilməsi dövlət büdcəsinə əlavə gəlir gətirməklə yanaşı, bank sektorunda likvidliyin artmasına töhfə verir.