Bakı aeroportunda 4 milyonluq brilyant qaçaqmalçılığı

16:32 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısı alınıb.

Şarja-Bakı reysi ilə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal"dan keçməyə cəhd edərkən şübhə doğurduğu üçün "Qırmızı Kanal"a yönləndirilib. Keçirilən gömrük baxışı zamanı həmin şəxsin üzərindən bəyan edilməyən və dəyəri 4 milyon manatdan artıq olan 2502,5 karatlıq brilyant qaşlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.