ADY tender keçirir

11:46 - 29.09.2026


29 sentyabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “İmişli dizel lokomotivlərinə texniki xidmət mərkəzinin tikintisi” layihəsi çərçivəsində yol dəyişənlər üçün dəmir-beton tirlərin satın alınması üzrə açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manat təşkil edir.

 İddiaçılar öz təkliflərini 27 oktyabr 2026-cı il saat 10:00-dək təqdim etməlidirlər. Tender zərflərinin açılışı elə həmin gün, oktyabrın 27-də saat 10:00-da  keçiriləcək.

Əlaqələndirici şəxs: Fərid Hüseynov. Əlaqə telefonu: (+994) 50 490 04 64.