Sanksiyalar və 61%-lik inflyasiya zərbəsi: İranda dolar rekord vurdu

14:53 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. İranda ABŞ sanksiyalarının və kəskin inflyasiyanın təzyiqi altında milli valyutanın dəyərsizləşməsi tarixi rekord vurub.

Azad bazarda 1 ABŞ dollarının satış məzənnəsi 240 min tümen (2,4 milyon riyal) həddinə yüksələrək bütün dövrlərin ən yüksək göstəricisinə çatıb.

Milli valyutanın kəskin ucuzlaşması ölkədə illik inflyasiyanın 61,4%-ə çatdığı bir dövrə təsadüf edir. Rəsmi statistikaya əsasən, İranda ərzaq məhsullarının qiyməti illik müqayisədə 128,1% bahalaşıb.