11:07 - 28.09.2026
28 sentyabr, Fineko/abc.az. Son bir il ərzində Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiymətində artım qeydə alınıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) apardığı hesablamalara əsasən, bazar göstəriciləri, tikilinin tipi və yaşı, təmiri, sənədləşməsi, nəqliyyat və infrastruktur əlçatanlığı, habelə əhalinin faktiki sayı nəzərə alınmaqla paytaxt üzrə orta kvadratmetr qiymətləri formalaşıb.
Açıqlanan statistikaya əsasən, mənzillərin hər kvadratmetri üçün orta qiymətə görə ən yüksək göstərici Səbail rayonundadır - burada bir kvadratmetrin orta qiyməti 4 132 manat, maksimum qiymət isə 6 077 manat təşkil edir.
Nərimanov rayonunda bir kvadratmetrin orta qiyməti 3 870 manat (maksimum 5 076 manat), Nəsimi rayonunda isə 3 724 manatdır (maksimum 6 546 manat).
Digər mərkəzi və mərkəzəyaxın rayonlardan Yasamalda bir kvadratmetrin orta dəyəri 3 361 manat, Xətaidə 3 343 manat, Sabunçuda isə 3 248 manat təşkil edir. Nizami rayonunda hər kvadratmetrə düşən orta qiymət 2 701 manat, Binəqədidə 2 540 manat, Qaradağda isə 2 028 manatdır.
Ən münasib qiymətlər isə paytaxtın ətraf rayonlarında müşahidə olunur.
Suraxanı rayonunda bir kvadratmetrin orta qiyməti 1 996 manat, Xəzər rayonunda 1 628 manat, Pirallahıda isə 1 452 manatdır.
Bütün paytaxt üzrə hər kvadratmetr üçün ən aşağı göstərici Pirallahı rayonunda 1 022 manat, Xəzər rayonunda isə 1 051 manat olaraq qeydə alınıb.
Qurumdan bildirilib ki, təqdim olunan göstəricilər mənzil bazarındakı ümumi ortalama qiymət səviyyəsini əks etdirir və konkret hər bir əmlakın bazar dəyəri müəyyənləşdirilərkən onun fərdi göstəriciləri ayrıca qiymətləndirilir.
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026