Xidmət sektorunda həftəsonu iş rejiminə fərqli yanaşma təklif olunur

10:11 - 28.09.2026


28 sentyabr, Fineko/abc.az. Azərbaycanda xidmət sektorunda həftəsonu artan tələbatı nəzərə alaraq iş və istirahət günlərinin fərqli qaydada müəyyənləşdirilməsi təklif edilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev və iqtisadçı Akif Nəsirli bildiriblər ki, əmək qanunvericiliyinə (həftəlik 40 saatlıq normaya) riayət olunmaqla restoranda, oteldə, ticarətdə və digər xidmət sahələrində şənbə və bazar günləri iş günləri ilə, istirahət isə həftənin digər günləri ilə əvəz edilə bilər.

Expertlərin fikrincə, söhbət vahid qaydanın hamıya tətbiqindən deyil, növbəli və çevik qrafiklərin tətbiqindən gedir.

Bu, həm fasiləsiz xidmət göstərilməsini təmin edəcək, həm də işçilərin istirahət hüququnu qoruyacaq.