Mərkəzi Bank buna görə 2.3 milyon manat xərcləyəcək

17:16 - 25.09.2026


25 sentyabr, Fineko/abc.az. Mərkəzi Bank şəbəkə təhlükəsizlik avadanlıqlarının satınalınması üzrə tenderə yekun vurub.

Azərbaycan Respublikasının Mərkəzi Bankı şəbəkə təhlükəsizlik avadanlıqlarının satın alınması ilə bağlı keçirdiyi açıq tenderin qalibini elan edib.

Hərracın nəticələrinə əsasən, “SMARTIT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tenderin qalibi seçilib.

Mərkəzi Bank ilə qalib şirkət arasında ümumi məbləği 2 320 724 manat təşkil edən müqavilə bağlanıb.