12:15 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ hökuməti tərəfindən təşkil olunmuş “Sülh yolu ilə rifah: Trans-Xəzər ticarət marşrutu və TRIPP-ə investisiya qoyuluşu” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov regional əlaqələrin gücləndirilməsi, dayanıqlı təchizat zəncirlərinin qurulması və yeni investisiya imkanlarının yaradılması üzrə ölkəmizin baxışını təqdim edib.
Nazir xüsusilə Vaşinqton sammitinin əsas nəticələrindən olan TRIPP proqramının Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz multimodal əlaqəni təmin edəcəyini və regional sülhə töhfə verəcəyini diqqətə çatdırıb.
Çıxış zamanı Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası əsasında formalaşdırdığı inteqrasiya olunmuş logistika qovşağına yatırdığı davamlı sərmayələr yüksək qiymətləndirilib.
Ceyhun Bayramov logistik idarəetmənin rəqəmsallaşdırılması və gömrük prosedurlarının sadələşdirilməsinin vacibliyini qeyd edərək, Qazaxıstan, Türkiyə və Gürcüstanla uğurla icra edilən əlaqələndirmə yol xəritələrini nümunə göstərib. Nazir, həmçinin layihənin icrasındakı dəstəyinə görə ABŞ tərəfinə minnətdarlığını bildirib.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026