11:18 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Azərbaycanda innovasiya ekosistemini dəstəkləmək məqsədilə Vergi Məcəlləsinə mühüm dəyişikliklər layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunub.
Layihəyə əsasən, mikro və ya kiçik sahibkar olan "Startap" və ya texnopark şəhadətnaməli şirkətlərin səhmlərinin azı üç il saxlanıldıqdan sonra satışından əldə edilən gəlir 2027-ci ildən etibarən 10 il müddətinə vergidən azad ediləcək.
Eyni zamanda, fərdi sahibkar kimi fəaliyyət göstərən startapların gəlirlərinə tətbiq olunan vergi güzəştinin müddəti 3 ildən 7 ilə qaldırılır, kraudfandinq və vençur fondları vasitəsilə investisiya edənlər üçün də müvafiq güzəştlər nəzərdə tutulur.
Akkreditə olunmuş investorların startaplara yatırdığı vəsaitin fərdi sahibkarın il üzrə vergitutulan gəlirinin 50 faizinədək hissəsi gəlirdən çıxıla biləcək. Bundan başqa, elmi-tədqiqat xərclərinin 2,5 əmsalla gəlirdən çıxılması, eləcə də startapların xaricdən aldığı bulud və proqram təminatı kimi rəqəmsal xidmətlərin 20 il müddətinə ƏDV-dən azad olunması təklif edilir.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
25 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026
24 Sentyabr 2026