Neftçaladakı “Oriyad Balıq” ASC fəaliyyətini dayandırır

14:50 - 23.09.2026


23 sentyabr, Fineko/abc.az. 30 oktyabr 2026-cı il tarixində, saat 11:00-da “Oriyad Balıq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı baş tutacaq.

İclasda cəmiyyətin səhmdarlarının 12 iyul 2022-ci il tarixli qərarlarının və onun nəticələrinin ləğv edilməsi, eləcə də 2025-ci ilin illik maliyyə hesabatının təsdiqi məsələlərinə baxılacaq.

Bununla yanaşı, gündəliyə cəmiyyətin ləğv olunması, Ləğvetmə Komissiyasının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və idarəetmə orqanlarının səlahiyyətlərinə xitam verilməsi kimi mühüm mövzular daxil edilib.

Səhmdarlar müzakirəyə çıxarılan məsələlərlə bağlı sənədlərlə iş günləri saat 10:00-dan 13:00-dək Neftçala şəhəri, H.Əliyev prospekti 1 ünvanında tanış ola bilərlər. Məlumat üçün bildirək ki, 2001-ci ildə dövlət qeydiyyatına alınan “Oriyad Balıq” ASC-nin qanuni təmsilçisi Elsəvər Məmmədovdur.