Azərbaycanın Bolqarıstana neft ixracı 4 dəfədən çox artıb

14:57 - 22.09.2026


22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk 8 ayında Azərbaycan Bolqarıstana 253,1 milyon dollar dəyərində 358,8 min ton xam neft ixrac edərək ötən ilin eyni dövrü ilə müqayisədə fiziki həcmi 4,5 dəfə, dəyəri isə 5,2 dəfə artırıb.

Satılan neftin bir tonunun orta qiyməti də 15,9 faiz yüksələrək 705,4 dollara çatmışdır. Bu sıçrayış nəticəsində Azərbaycanın Bolqarıstanın neft bazarındakı payı 4 faizdən 11,6 faizə yüksəlib.

Tədarükdəki kəskin artım Bolqarıstanın xam neft mənbələrini şaxələndirməsi ilə bağlıdır. Ölkənin ən böyük neft emalı müəssisəsi olan Burqas zavodu Rusiya neftinə tətbiq edilən güzəştlərin bitməsindən sonra alternatif mənbələrdən müxtəlif neft markalarını emal etməyə başlayıb.

Hazırda Azərbaycan Bolqarıstanın əsas təchizatçısı olan Qazaxıstan, İraq və Səudiyyə Ərəbistanını geridə qoymasa da, 2026-cı ildə bu Balkan ölkəsinin bazarında mövqeyini ən sürətlə möhkəmləndirən tərəfdaşlardan birinə çevrilib.

©Banker.az