“Azərenerji” yarımstansiyaların tikintisindəki əlavə işlərə 11,6 milyon manat ayırdı

11:11 - 21.09.2026


21 sentyabr, Fineko/abc.az. “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti (ASC) “Nəvahi” və “Şəfəq” yarımstansiyalarının tikintisi çərçivəsində əlavə işlərin satın alınması ilə bağlı keçirdiyi tender prosesinə yekun vurub.

Qərara əsasən, nəzərdə tutulan əlavə tikinti-quraşdırma işlərinin icrası “Electro İndustries” Qapalı Səhmdar Cəmiyyətinə tapşırılıb.

Qalib gələn podratçı şirkətlə bağlanacaq yeni satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 11 milyon 592 min 909 manat təşkil edir.