Azərbaycanda tikinti materiallarının istehsalı 9 % artıb

16:21 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində ümumi dəyəri 1005,3 milyon manat təşkil edən məhsul buraxılıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.

Hesabat dövründə ayrı-ayrı məhsul növləri üzrə də artım müşahid olunub. Belə ki, asfalt istehsalı 94,8 faiz, əhəng istehsalı 78,7 faiz, sement istehsalı isə 6,5 faiz artıb.

Sentyabrın 1-i vəziyyətinə istehsalçı müəssisələrin anbarlarında 513,5 min ton əmtəəlik sement klinkeri və 243,8 min ton hazır sement ehtiyatı qeydə alınıb.