Gələn il dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub

10:33 - 17.09.2026


17 sentyabr, Fineko/abc.az. Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, 2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27.8 faizi həcmində, yəni 39 milyard 234 milyon manat (23.08 mlrd dollar) təşkil edəcək.

Büdcə gəlirlərinin 39.5 faizi və ya 15 milyard 480 milyon manatının (9.11 mlrd dollar) neft-qaz sektorunun, 60.5 faizi və ya 23 milyard 754 milyon manatının (13.97 mlrd dollar) isə qeyri-neft-qaz sektorunun payına düşəcəyi proqnozlaşdırılır.