17:30 - 15.09.2026
15 Sentyabr, Fineko/abc.az. Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) açıqladığı hesabata əsasən, cari ilin iyul ayında Türkiyə Azərbaycandan 1 milyard 1.31 milyon kubmetr təbii qaz idxal edib.
Bu göstərici ilə Azərbaycan iyul ayında Türkiyənin ən böyük qaz tədarükçüsü kimi siyahıda birinci yerdə qərarlaşıb və Türkiyənin ümumi qaz idxalındakı payı 32.69 faiz təşkil edib. Siyahıda ikinci yeri 948.49 milyon kubmetr (46.57 faiz azalma) ilə Rusiya, üçüncü yeri isə 919.33 milyon kubmetr (7.61 faiz artım) ilə İran tutub.
İyul ayında Azərbaycandan nəql olunan qazın həcmi ötən ilin eyni ayı ilə müqayisədə 0.29 faiz və ya 4.48 milyon kubmetr azalıb (keçən ilin iyulunda 1 milyard 4.23 milyon kubmetr). Ümumilikdə isə cari ilin yanvar–iyul aylarında Türkiyə Azərbaycandan 6 milyard 493.47 milyon kubmetr təbii qaz idxal edib.
Türkiyə Azərbaycan qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK / Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə qəbul edir. 2006-cı ildə istismara verilən CQBK "Şahdəniz" qazını çatdırır. 2018-ci il iyunun 12-də Əskişəhərdə açılışı olan TANAP kəməri ilə Türkiyəyə kommersiya qazının nəqlinə həmin il iyunun 30-da, Avropaya tədarükə isə 2020-ci ilin dekabrında başlanılıb.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026