10:56 - 15.09.2026
15 Sentyabr, Fineko/abc.az. "Microsoft"un təsisçisi Bill Qeyts "Reuters" agentliyinə verdiyi müsahibədə dünyadakı heç bir hökumətin süni intellektin (AI) yaradacağı dərin transformasiyalara tam hazır olmadığını bildirib.
İş yerlərinin itirilməsi, kiberhücumlar və süni intellekt asılılığı kimi risklərə diqqət çəkən Qeyts, dünya liderlərini (o cümlədən ABŞ Prezidenti Donald Tramp və Çin Lideri Si Tszinpin) bu məsələdə birgə hərəkət etməyə çağırıb.
O, AI-nin cəmiyyətə təsirini dünyanı fəth edən "yadplanetli zəkasına" bənzədərək, texnologiyanın potensial risklərinə baxmayaraq səhiyyə, təhsil və kənd təsərrüfatında mühüm rol oynayacağını qeyd edib.
Bu çərçivədə "Bill & Melinda Gates" Fondu növbəti 2 il ərzində AI-yə əlçatanlığı genişləndirmək və xüsusilə səhiyyə sahəsindəki innovasiyaları dəstəkləmək üçün ən azı 1 milyard dollar ayrılacağını bəyan edib.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026