10:21 - 15.09.2026
15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana edilən ixracın həcmi 1 milyard 541 milyon 916 min ABŞ dolları (təxminən 2 milyard 621 milyon AZN) təşkil edib.
Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiyə ilə həmsərhəd olan 8 ölkə arasında cari ilin ilk 8 ayında Türkiyə məhsullarının ən böyük alıcısı 5.75 milyard dollarla İraq olub.
Region ölkələri üzrə siyahıda Bolqarıstan ($3.43 mlrd), Yunanıstan ($2.29 mlrd), Gürcüstan ($1.94 mlrd) və Suriya ($1.67 mlrd) ilk sıralarda yer alıb. İran 1.54 milyard dollarla Azərbaycanla eyni səviyyədə qərarlaşıb, Türkiyənin Ermənistana ixracı isə cəmi 1.33 milyon dollar təşkil edib.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026