Azərbaycan "AI-95" benzininin idxalını 68% artırıb

16:42 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Dəyəri 100 milyon dollara yaxınlaşdı 2026-cı ilin ilk 7 ayında Azərbaycan xaricdən 99.9 milyon dollar dəyərində "Aİ-95" premium benzini idxal edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68.3% çoxdur.

İdxalın fiziki həcmi 46.7% artaraq 103.7 min tona çatıb. Eyni zamanda, "Aİ-95" benzininin 1 tonunun orta idxal qiyməti 14.7% artaraq 840 dollardan 964 dollara yüksəlib.

Əsas tədarükçü 31.2 min tonla Rusiya olsa da, Bolqarıstandan idxal 20 dəfə (28.1 min ton), Belarusdan isə 3.1 dəfə (21.5 min ton) artıb.