Moody’s": Enerji bahalaşsa da, Azərbaycanda inflyasiya mülayim qalır

15:29 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. "Moody’s" beynəlxalq reytinq agentliyinin hesabatına əsasən, global enerji daşıyıcılarının qiymət artımına baxmayaraq, Azərbaycanda inflyasiya səviyyəsi nisbətən mülayim qalmaqda davam edir.

Regional fonda Ermənistan və Gürcüstanla yanaşı, Azərbaycan da inflyasiya proseslərini daha sərt nəzarətdə saxlayan ölkələr sırasındadır.