16:38 - 27.10.2026
27 oktyabr, Fineko/abc.az. "Fitch Group"a daxil olan "Fitch Solutions" şirkətinin hesabatına əsasən, Azərbaycanda uçot dərəcəsinin 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ildə 5,88%-ə, 2028-ci ildə isə 5,44%-ə qədər enəcəyi, 2029-cu ildə isə 5,66% təşkil edəcəyi proqnozlaşdırılır.
Agentlik bildirir ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2026–2027-ci illərdə ehtiyatlı pul siyasəti yürüdəcək və bu dövrdə inflyasiya təzyiqləri tədricən zəifləyəcək.
Bununla belə, regional geosiyasi risklər və ABŞ–İran müharibəsi fonunda yaranan təchizat zənciri pozuntuları qiymət təzyiqlərini artıraraq Mərkəzi Bankın 2025-ci ilin dekabrından başladığı faiz endirimi prosesini ləngidib.
Qeyd edək ki, hazırda uçot dərəcəsi 6,5% səviyyəsindədir. AMB faiz dəhlizi ilə bağlı növbəti qərarını oktyabrın 29-da, ilin son qərarını isə dekabrın 23-də elan edəcək.
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
27 Oktyabr 2026
27 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026
26 Oktyabr 2026