15:22 - 10.09.2026
10 Sentyabr, Fineko/abc.az. Beynəlxalq Hesablaşmalar Bankının (BIS) baş direktoru Pablo Hernandes de Kos süni intellekt (AI) sektorundakı kəskin sıçrayışın qlobal maliyyə sistemində yeni risklər yaratdığı barədə xəbərdarlıq edib.
Qurum rəhbərinin sözlərinə görə, AI infrastrukturu və texnologiyalarına yönəldilən kapital qoyuluşları artıq qlobal iqtisadi konyuktura bilavasitə təsir göstərəcək nəhəng miqyasa çatıb.
Süni intellekt üzrə investisiyaların 1 trilyon dollar həddini aşdığını qeyd edən BIS rəhbəri, mövcud vəziyyəti XIX əsrdəki dəniz və dəmir yolu bumu, eləcə də 1990-cı illərin sonundakı "dotkom" (dot-com) köpüyü ilə müqayisə edib.
Əgər AI texnologiyalarından gözlənilən kommersiya gəlirləri ümidləri doğrultmazsa, maliyyə bazarlarında kəskin korreksiya və sabitlik riskləri yarana bilər.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026