10:39 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 172,3 milyon manat vergi daxil olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Hesabat dövründə muxtar respublikada qeyri-dövlət sektorundan vergi daxilolmaları illik müqayisədə 13,8% artaraq 125,7 milyon manat təşkil edib.
Eyni zamanda, Naxçıvanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 5,8% artaraq 3,2 milyon manat səviyyəsində qeydə alınıb.
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026
27 Noyabr 2026