“PAŞA Bank”ın bu dövrdə 58 nəfər işçisi ixtisar olunub

11:10 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. “PAŞA Bank” ASC-də 2026-cı ilin əvvəlindən işçilərin sayı nəzərəçarpacaq dərəcədə azalıb.

Belə ki, 2025-ci ilin sonunda PAŞA Bankda 1 435 nəfər çalışdığı halda, 2026-cı ilin II rübünün sonunda işçilərin sayı 1 377 nəfərə düşüb.

Beləliklə, cari ilin ilk yarısında bankın işçi sayı 58 nəfər və ya 4% azalıb.

Azalmanın əsas hissəsi II rübdə baş verib. Belə ki, 2026-cı ilin I rübünün sonunda bankda 1 425 nəfər çalışıb, növbəti üç ayda isə işçi sayı daha 48 nəfər azalıb.

 Qeyd edək ki, bank işçilərinin sayının xeyli azaldılmasının səbəbini açıqlamayıb.

Buna görə 58 nəfərin hamısının məhz ixtisar edildiyini demək mümkün deyil; göstəriciyə könüllü işdən ayrılmalar və digər səbəblər də təsir göstərə bilər.

©Plat.az