"Sony Music" və "Warner Music" "Anthropic" şirkətini məhkəməyə verdi

07:00 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. Dünyanın ən böyük musiqi nəşriyyatlarından olan "Sony Music Publishing" və "Warner Chappell Music" "Anthropic" süni intellekt şirkətini və onun təsisçiləri Dario Amodei ilə Benjamin Mənni Kaliforniya federal məhkəməsinə verib.

İddia ərizəsində şirkət pirat torrent saytlarından və qanunsuz verilənlər bazalarından on minlərlə müəllif hüququ ilə qorunan mahnı mətni və notları icazəsiz yükləməkdə, eləcə də bu materiallardan "Claude" İİ modellərinin təlimində istifadə etməkdə ittiham olunur. Məhkəmə sənədlərində The Beatles, Teylor Svift, Merayya Keri kimi ifaçıların məşhur əsərləri nümunə göstərilib.

Musiqi nəhəngləri bu addımı "tarixin en böyük intellektual mülkiyyət oğurluqlarından biri" adlandıraraq pozulmuş hər bir əsər üçün 150 min dollara qədər təzminat və qanunsuz təlim materiallarının tam məhv edilməsini tələb edirlər ki, bu da ümumilikdə milyardlarla dollarlıq iddia deməkdir. Şirkət rəhbərliyi isə ittihamları rədd edərək öz mövqeyini məhkəmədə müdafiə edəcəyini bəyan edib.