21:51 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. Şirkət daxilində çalışan əməkdaşların kəskin etirazından sonra "Meta" rəhbərliyi minlərlə işçini süni intellekt (İİ) agentləri ilə əvəz etmək və kütləvi ixtisarlar həyata keçirmək planlarını dayandırıb.
2026-cı ilin yanvar ayında "Meta" şirkəti əməkdaşların icra etdiyi tapşırıqların böyük bir hissəsini İİ sistemlərinə həvalə etməyi nəzərdə tutan genişmiqyaslı plan hazırlamışdı. Qəbul edilən strategiyaya əsasən, kadr heyətinin dörddə birinə (25%) qədərlik hissəsinin ixtisara salınması planlaşdırılırdı.
Lakin şirkət əməkdaşlarının qalxdığı kütləvi qiyam bu planları alt-üst edib. İşçilər süni intellekt agentlərinin işindəki texniki sistem nizamlanması problemlərinə, tez-tez baş verən sıradan çıxmalara və konfidensial məlumatların sızması risklərinə diqqət çəkiblər. Yaranan ciddi narazılıqlar fonunda Mark Zukerberq və "Meta" rəhbərliyi İİ naminə heyətin kütləvi ixtisarından rəsmən imtina etmək məcburiyyətində qalıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026