21:44 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Almaniyada son dövrlərdəki müsbət iqtisadi siqnallara baxmayaraq, əmək bazarında durğunluğun davam etməsi səbəbindən avqust ayında da işsizlərin sayı 3 milyon həddini ötüb.
Almaniya Federal Məşğulluq Agentliyinin (BA) məlumatına görə, ölkədə işsizlərin sayı avqustda ötən ayla müqayisədə 54 min, keçən ilin eyni ayı ilə müqayisədə isə 36 min nəfər artaraq 3 milyon 61 min nəfərə çatıb. Bununla da ölkədə işsizlik səviyyəsi iyuldakı 6,4%-dən avqustda 6,5%-ə yüksəlib.
Federal Məşğulluq Agentliyinin rəhbəri Andrea Nales bildirib ki, əmək bazarı avqust ayında mövsümi amillərdən kənar nəzərəçarpan bir dinamika göstərməyib. Mütəxəssislər işsizliyin artmasını mövsümi təsirlərlə yanaşı, iqtisadiyyatdakı dövrü zəifliklə əlaqələndirirlər.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026