10:57 - 28.08.2026
28 avqust, Fineko/abc.az. Yaponiyada hökumətin enerji xərclərini azaltmaq tədbirlərinə baxmayaraq, Avqust ayında Tokioda bazis inflyasiya ardıcıl olaraq üçüncü ay sürətlənib. Təzə qida məhsulları nəzərə alınmadan istehlak qiymətləri indeksi (CPI) illik müqayisədə 1,8% artaraq analitiklərin proqnozları ilə üst-üstə düşüb.
Enerji və təzə qida məhsulları istisna olmaqla inflyasiya 2%, ümumi indeks isə 1,9% yüksəlib. Qiymət artımının əsas səbəbləri kimi təhsil, səhiyyə, istirahət malları, icarə haqqı və ictimai iaşə xərclərinin yüksəlməsi göstərilir. Tokio göstəriciləri ölkə üzrə inflyasiya meyllərinin əsas siqnalı sayılır.
Ekspertlər bildirirlər ki, kadrlar və milli valyutanın (yen) zəifliyi inflyasiya risklərini yüksək saxlayır. Bu göstəricilər Yaponiya Mərkəzi Bankının (BOJ) sentyabr və ya oktyabr iclasında faiz dərəcəsini növbəti dəfə artırmaq ehtimalını daha da gücləndirir.
10 Sentyabr 2026
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
8 Sentyabr 2026