11:47 - 8.09.2026
8 Sentyabr, Fineko/abc.az. İtaliyanın Baş naziri Ciorcia Meloni Belçikanın Baş naziri Bart De Vever ilə keçirdiyi mətbuat konfransında Şengen zonasının gələcəyi barədə xəbərdarlıq edib.
Meloni bildirib ki, azad hərəkət rejiminin qorunması yalnız Aİ-nin xarici sərhədlərinin güclü mühafizəsi və qanunsuz miqrasiya ilə birgə mübarizə sayəsində mümkündür.
Görüşdə həmçinin Hörmüz boğazındakı krizisin enerji qiymətlərinə təsiri və səmərəli deportasiya siyasətini nəzərdə tutan vahid Aİ miqrasiya paketinin qəbulu vacibliyi vurğulanıb. Tərəflər enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026