16:04 - 25.08.2026
25 avqust, Fineko/abc.az. 2026-cı ilin I yarımili ərzində keçirilmiş 3 489 elektron satınalmanın ümumi məbləği 1,7 milyard manat təşkil edib. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, bəhs edilən dövrdə açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,5 olub. Dövlət Agentliyindən bildirilib ki, müasir rəqəmsal həllər əsasında formalaşan elektron satınalma ekosistemi vaxt, resurs və vəsaitlərin daha səmərəli idarə olunmasına imkan yaradır.
26 Avqust 2026
25 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026