16:04 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Azərbaycanın ən böyük dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) Özbəkistan maliyyə bazarına daxil olur.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə keçirilən Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bildirib.
Sövdələşməyə əsasən, ABB Özbəkistanın özəl "Davr Bank"ının 51%-lik nəzarət səhmlər zərfini əldə edir.
Aktivlərinin həcmi təxminən 1 milyard dollar təşkil edən və 43 filialı olan "Davr Bank" ilin sonunadək ribrendinq olunaraq "ABB Davr Bank" adı altında fəaliyyətini davam etdirəcək.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026