17:26 - 28.07.2026
28 iyul, Fineko/abc.az. Azərbaycanda həyat sığortası bazarı böyüyüb.
ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növləri üzrə 516,4 milyon manat sığorta haqqı toplanıb.
Bankın məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.
Bundan əlavə, AMB-nin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında həyat sığortası növləri üzrə 402,1 milyon manat sığorta ödənişi həyata keçirilib.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32,6 faiz artıb.
Xatırladaq ki, AMB-nin məlumatına görə, cari ilin yanvar–iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ümumilikdə 867,396 milyon manat sığorta haqqı toplanıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026
29 Oktyabr 2026
28 Oktyabr 2026
28 Oktyabr 2026