21:52 - 24.07.2026
24 iyul, Fineko/abc.az. "Bloomberg" agentliyinin məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ administrasiyası Venesuela rəsmiləri ilə bu ölkənin xaricdə dondurulmuş milyardlarla dollarlıq aktivlərinin blokdan çıxarılması imkanlarını müzakirə edir.
Qeyd olunur ki, bu plan Vaşinqtona öz büdcəsindən əlavə maliyyə vəsaiti ayırmadan, dondurulmuş vəsaitlər hesabına Venesuela hakimiyyətinə dağıdıcı zəlzələlərin fəsadlarının aradan qaldırılmasında və iqtisadiyyatın bərpasında yardım etməyə imkan verəcək.