21:49 - 22.07.2026
22 iyul, Fineko/abc.az. Avropa İttifaqı ölkələri Ukraynanın 2026–2027-ci illər üzrə təcili müdafiə ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulmuş 90 milyard avroluq kredit proqramına Böyük Britaniyanın qatılmasına rəsmi razılıq verib.
Saziş çərçivəsində Kiyev ayrılan maliyyə vəsaiti hesabına Böyük Britaniyanın müdafiə sənayesi şirkətlərindən hərbi məhsullar tədarük edə biləcək.
Aİ Şurasında sədrlik edən İrlandiyanın xarici işlər naziri Helen Makenti bəyan edib ki, bu qərar tərəflərin Ukraynaya uzunmüddətli dəstək vermək əzmini əks etdirir. Qərar Aİ-nin Rəsmi Qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.
27 İyul 2026
25 İyul 2026