ECOWAS ölkələri 2027-ci ildə EKO vahid valyutasını tətbiq etməyi planlaşdırır

21:37 - 22.07.2026


22 iyul, Fineko/abc.az. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) 2027-ci ildə vahid EKO valyutasının mərhələli şəkildə tətbiqi planlarını təsdiqləyib.

Məlumata görə, ilkin mərhələdə yalnız müəyyən edilmiş makroiqtisadi meyarlara cavab verən ölkələr bu valyutaya qoşulacaq. Digər dövlətlərə isə qoşulmağa hazırlıq üçün dəstək göstəriləcək. Daha əvvəl proses bəzi ölkələrin tələblərə uyğun gəlməməsi səbəbindən gecikmişdi.

EKO valyutasının yaradılması ideyası 2019-cu ildə qəbul edilib və o, məzənnəsi avroya bağlı olan və Fransa Bankının nəzarətində olan KFA frankını əvəz etməlidir. Yeni valyutanın regionun xarici amillərdən asılılığını azaltması və iqtisadi inteqrasiyanı gücləndirməsi gözlənilir.

Hazırda EKO ölkələrində müxtəlif valyutalardan (Nigeriyanın nayrası, Qananın sedisi və digərləri) istifadə olunur ki, bu da regiondaxili ticarəti çətinləşdirir. EKO-nun hesablaşmaları sadələşdirəcəyi və iqtisadiyyatların xarici şoklara dayanıqlığını artıracağı gözlənilir.

Birliyə 12 ölkə daxildir, lakin Burkina-Faso, Mali və Niger 2025-ci ildə ECOWAS-dan çıxıb.