11:22 - 22.07.2026
22 iyul, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp idxal olunan generik dərmanlara dair yeni ticarət siyasətini elan edib. 1 avqust 2026-cı ildən etibarən ikiillik güzəşt dövrü başlayacaq və bu müddətdə rüsum tətbiq olunmayacaq. Daha sonra tariflər bir il müddətinə 100%, ardınca isə 200%-ə yüksələcək.
Bu addım istehsalın ABŞ ərazisinə köçürülməsini stimullaşdırmağa yönəlib: iki il ərzində istehsal güclərini lokallaşdırmayan şirkətlər yüksək rüsumlarla üzləşəcəklər. Yeni qaydalar yalnız generik dərmanlara aiddir və orijinal, innovativ preparatlara şamil olunmur.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026