11:04 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi (VÖEN: 1400043501) tender elan edib.
Tender çərçivəsində Respublika mühafizə hissələrinə xidməti istifadə üçün 40 ədəd avtomobilin alınması nəzərdə tutulur.
Tenderin ehtimal olunan qiyməti 1 milyon 780 min manatdır. Alınacaq bir ədəd avtomobil üçün orta qiymət 44,5 min manat təşkil edir.
Tenderdə iştirak haqqı 600 manat, istifadə haqqı 25 manatdır.